2021 də bütünlüklə pandemiya ili ola bilər

Bəs Azərbaycanla bağlı proqnoz necədir?

Dünya bir ildən çoxdur ki, COVİD-19 virusu ilə mübarizə aparır. Bu mübarizə fonunda ən çox zərər dünya iqtisadiyyatına və insanların psixologiyasına dəyib. Mütəxəssislər hesab edirlər ki, pandemiya bu gün bitərsə, dünya əvvəlki vəziyyətinə 5 il sonra dönə bilər. Çünki qapatmalar və fəaliyyəti dayanmış sahələr xeyli sayda işsizliyə səbəb olması ilə yanaşı, dünyada iqtisadi proseslərə də ciddi təsir göstərib. Ən çox zərəri turizm sektoru görüb və ekspertlər hesab edirlər ki, ən gec “yarası sağalan” sahə məhz turizm olacaq.

Bəs gəlişi ilə hər birimizin həyatına təsir edən koronavirusa indiyə qədər nə qədər adam yoluxub, onlardan neçə faizi ölüb?

Bəzi şəxslər hesab edirlər ki, koronavirus bir alətdir və heç də ciddi təhlükə sayılmalı deyil. Bu cür düşünənlər dünyada hər il qripdən, avto-qəzalardan ölənlərin sayını da müqayisə üçün yazıb, koronavirus təhlükəsinin danışıldığı qədər ciddi olmadığını bildirirlər.

Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 119 milyon 189 min 470 nəfərdir.  İndiyə qədər bu yoluxanlardan 2 milyon 643 min 357 nəfəri dünyasını dəyişib. Yuxarıdakı saydan 94 milyon 782 min 335 nəfəri isə koronavirusa qarşı müalicə alaraq sağala bilib. Hazırda dünyada 21 milyon 763 min 778 nəfər bu virusdan əziyyət çəkir. Onlardan 90 min 80 nəfərinin vəziyyəti ağırdır. Yəni, bu xəstələrin həyatlarını itirmə faizi daha yüksəkdir. Faizlə ifadə etsək, hazırda dünyada cəmi 0.4 faiz koronavirusa yoluxan xəstənin vəziyyəti ağırdır.

Yenə də faizlə ifadə etsək, dünyada indiyə qədər koronavirusa yoluxanların 97 faizi sağalıb. Yerdə qalan 3 faiz isə dünyasını dəyişib. Ölüm faizi aşağıdır. Lakin ekspertlər hesab edirlər ki, bütün bunlar dünyadakı qapatma ilə bağlıdır. Ekspertlərə görə, əgər dünyada sərhədlər qapadılmasa, daxildə sərt karantin rejimləri tətbiq edilməsəydi, ölüm sayı artar, yoluxanlar çoxalar, dünyada digər sahələr də iflic halına gələ bilərdi. Bu isə ilk növbədə insanların psixologiyasına ağır zərbə vurardı.

Araşdırmaçılar 1918-ci ildə (“ispan qripi” zamanında- Ə.R.) ABŞ şəhərlərində tətbiq olunmuş bəzi məhdudlaşdırma tədbirlərini müqayisə ediblər. Məlum olub ki, ictimai yığıncaqları ləğv edən, teatrları, məktəbləri və kilsələri daha tez bağlayan şəhərlərdə ölüm faizi daha aşağı səviyyədə qalıb. Küçəyə çıxma qadağasının nəticələrini analiz edən bir qrup amerikalı iqtisadçının gəldiyi nəticə isə bu olub ki, daha ciddi qadağalar tətbiq edən şəhərlərin iqtisadiyyatı epidemiyadan sonra daha tez canlanmağa başlayıb. Ancaq indi “ispan qripi” kimsənin yadına düşmür. Hətta COVİD-19 ortaya çıxana qədər bu barədə demək olar ki, yazılar yazılmır, hadisə xatırlanmırdı.

İspan qripi”: 50 milyon insanı öldürən pandemiyadan sonra dünya nə haldaydı? - BBC News Azərbaycanca

Tibb tarixçisi Mark Honigsbaum deyir ki, “100-cü ildönümündə belə ”ispan qripi” pandemiyası yetərincə xatırlanmadı. Haqqında nə kitablar yazıldı, nə mahnılar bəstələndi, nə də şəkillər çəkildi. Onu da bildirək ki, “ispan qripi” dünyada 50 milyon insanın ölümünə səbəb olub… Bu qripdən ən çox 15-34 yaş arası insanlar əziyyət çəkiblər.

Bu baxımdan COVİD-19-un “piar”ı yüksəkdir. Ancaq bunu dövrümüzün texnoloji inkişafı, o zamandan fərqli olaraq dünya müharibəsinin getmədiyi, əksər ölkələrin sakit, sülh şəraitində yaşaması ilə əlaqələndirənlər də var. Yəni başları qatan əlavə və ciddi gündəm yoxdur ki, COVİD-19 bəlası bunun yanında kiçik görünsün.

Azərbaycanda "Honkonq qripi"i qeydə alınıb? - Rəsmi cavab » TEHSIL-PRESS Agentliyi

Əslində COVİD-19-u “ispan qripi” ilə deyil, məsələn, “Honkonq qripi”, “Asiya qripi” kimi pandemiyalarla müqayisə etsək, ölüm sayının yüksək olduğunu görə bilərik. Belə ki, ilk dəfə 1957-ci ildə Sinqapurda başlayan “Asiya qripi” dünyada 1.1 milyon insanın ölümünə səbəb olub, 1968-ci ildə Avropa və Asiyada yayılan “Honkonq qripi”ndən isə dünyada 500 min insan ölüb. 2009-cu ildə yayılan “donuz qripi” isə 200 min insanın həyatına soy qoyub…

Bütün bunlara baxdıqda, COVİD-19-un ciddi təhlükəsini görmüş oluruq. Yenə də statistikaya nəzər salsaq görə bilərik ki, son günlərdə ötən həftələrlə müqayisədə dünyada koronavirusa yoluxanların sayı artıb. Eyni zamanda, ölüm sayı da ötən bir neçə həftə ilə müqayisədə yüksəlib. Prosesi mövsümlə əlaqələndirənlər az deyil. Hesab edilir ki, bu ilin yay aylarında yoluxma azalacaq.

Karantin rejiminin sərtləşdirilməsi zəruri idi” - Adil

Adil Qeybulla

Məsələn, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında söyləyib ki, bu ilin yay aylarında Azərbaycan pandemiyadan yaxa qurtara bilər. Buna görülən tədbirlər, tətbiq edilən vaksinasiya prosesinin təsir etməsi mümkündür. Yeri gəlmişkən, indiyə qədər Azərbaycanda 440 mindən çox insan vaksinasiya olunub. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb.  Rəsmi açıqlamalara görə, Azərbaycanda bu zamana qədər koronavirusa yoluxanların sayı 238 min 383 min nəfərdir. Ancaq hesab edilir ki, həqiqi say bundan ən azı 2 dəfə çoxdur. Bu isə kollektiv immunitetin yaranması baxımından yaxşı haldır. Bütün bu faktları nəzərə alan ekspertlər pandemiyanın son akkordlarından danışırlar.

DSÖ: Salgın 2022'nin başlarında sona erer - Son Dakika Haberleri

Hans Klüge

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge isə deyib ki, pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar: “Hesab edirəm ki, 2021-ci il də koronavirus ili olacaq. Amma pandemiyaya nəzarət etmək daha asan olacaq. Gözləmək olar ki, pandemiya 2022-ci ilin əvvəlinədək başa çatacaq. Amma bu, o demək deyil ki, virus itəcək”.

Bütün bunlar onu deməyə əsas verir ki, pandemiya ilə bağlı səslənən rəylərə baxmayaraq, dünya hələ yaxın aylarda bu bəladan  tam yaxa qurtarmayacaq…

Hamısını Göstər

Related Articles

Back to top button