2023-cü ilin hərbi planı nədir?

ABŞ Konqresi 2023-ci il üçün hərbi büdcəni razılaşdırıb. Konqresin hərbi büdcəsi Nümayəndələr Palatası ilə Senatın komissiyalarında qızğın müzakirələrdən keçib. ABŞ 2023-cü ildə hərbi məqsədləri üçün 858 milyard dollar xərcləyəcək. Bu astronomik məbləğdir. Məsələn, Amerikanın builki hərbi büdcəsi 778 milyard dolar civarında olub.

Bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Məqalədə qeyd edilir ki, hərbi büdcə layihəsi imzalanmaq üçün Prezident Co Baydenə göndərilib:

“Ukrayna müharibəsi və Rusiyanı dayandırmaq baxımından Amerikanın gələn il üçün hərbi xərclərinin artırılması nəzərdə tutulub. Hərbi büdcənin 800 milyon dolları Ukraynanın təhlükəsizliyinə xərclənəcək. Əvvəlki büdcədə 500 milyon dollar nəzərdə tutulmuşdu, 300 milyon dollar əlavə edilib. Amerikanın Avropadakı hərbi varlığına 6 milyard dollar ayrılacaq, bu, əvvəlki büdcə layihəsindən 2 milyard dollar çoxdur.

Konqres Qərb ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq, sanksiyaların artırılması və Rusiyanı “Böyük İyirmilər”dən çıxarılması yolları üzərində də düşünür.

Kreml Konqresin gərginliyi artıran sənədini tənqid edib.

Yeni hərbi büdcəyə görə texnoloji xərclər artırılacaq, yeni təyyarələr və gəmilər üzərində çalışmalar davam edəcək. Yeni nəsil bombardmançı təyyarələr istehsal ediləcək. ABŞ müdafiə naziri Loyd Ostin “B-21 Raider” tipli təyyarə istehsalını “tarixi hadisə” adlandırıb. Bu təyyarələr dünyanın istənilən nöqtəsinə adi və nüvə başlıqlı raketlər daşımaq imkanına malikdir. Digər tərəfdən, yeni təyyarələr “Stels” texnologiyası kimi hava hücumundan müdafiə sistemlərinin radarlarına düşmür”.

Mərkəzin ekspertləri hesab edirlər ki, ABŞ hərbi büdcəsinin artımı yalnız Rusiyanın işğalçı siyasəti ilə bağlı deyil:

“Vaşinqton Çini də dayandırmaq istəyir. ABŞ Hind-Sakit okean bölgəsi ilə bağlı xərclərini 11 milyard 500 milyon dollar civarında planlaşdırıb. Bu həm Çini durdurmaq, həm də Amerikanın bölgədəki müttəfiqlərinə dəstək üçün nəzərdə tutulub. Bu çərçivədə Amerika Tayvanın təhlükəsizliyinin gücləndirilməsi üçün 5 ildə 10 milyard dollar xərcləyəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button