27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub

“Mayın 1-dən bu günədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub”.

Bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddət ərzində rəhbər vəzifələrə – Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button