“5-cı kolon”un sponsoru olan icra başçısı – Bu faktlar Abdin Fərzəliyevin sonunu gətirəcək

Azərbaycanda 5-ci Kolonla bağlı təhlillərin sayı artdıqca bu istiqamətdə illərlə gizlədilən həqiqətlər gün üzünə çıxmağa başlayır. Savash.org bununla bağlı fakrları təqdim edir.
Yuxarıda qeyd edilən məqalədə 5-ci Kolonun yaradılma strategiyası ilə tanış olarkən bir məqam diqqətimizi xüsusi ilə cəlb etdi. Yazıda deyilir:
“Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sankı “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.”
Bu fakt Avropada Azərbaycan Prezidenti əleyhinə müxalifətin formalaşmasının da Beşinci Kolonun fəalları tərəfindən aparıldığı həqiqətini ortaya çıxarır. Baş verənlər bir önəmli sual yaradır! Azərbaycanda 5-ci Kolonun sponsorları kimlərdir? Növbəti araşdırmalarımızı bu mövzuya həsr edəcəyik. İndi isə qayıdaq Qurban Məmmədovun sponsoruna:
Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olmuşdur. Bu işin icrası və sponsorluğunu isə Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirmişdir. Qeyd edilən ünvanda yaşayan sakinlərlə söhbət və o dövrün sənədləri ilə tanışlıq təsdiq edir ki, həmin binada evlərin bölünməsi və paylanması Nərimanov rayon icra hakimiyyəti tərəfindən həyata keçirilmişdir.
Abdin Fərzəliyevin bütün karyerasının Ramiz Mehdiyev və Əli Həsənovun protejesində keçirməsi danılmaz faktdır. Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı öz mövqelərinin zəiflədiyini görən Ramiz Mehdiyev Abdin Fərzəliyevi (özünün ailə kassasını) qorumaq üçün razılaşdırılmış oyun qurur. Bu oyuna əsasən sanki, onların arasında münasibətlərin pozulması ictimai rəyə təqdim edilir. Bu dövrdə Abdin Fərzəliyevi qorumaq missiyasını Əli Həsənov həyata keçirir. Lakin Gülər Əhmədova qalmaqalı səngiyəndən dərhal sonra Ramiz Mehdiyevlə Abdin Fərzəliyev kölgədən çıxırlar. Bu şəxslərin maraqlarının həm siyasi, həm də kommersiya prinsipləri əsasında birləşməsi dəfələrlə mətbuatın diqqətindən yayınmamışdır:
Abdin Fərzəliyev vəzifəsini qorumaq üçün özünü cəmiyyətə Heydər Əliyev ideyalarının təbliğatçısı kimi təqdim etmək istəsə də, O son zamanlarda mətbuatın yaddaşında Heydər Əliyevin 90 illiyində salınmış parkın dağıdılıb, yerində obyekt tikməyə sərəncam verən icra başçısı kimi qalmışdır:
Cəmi 2 gün bundan qabaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni icra başçılarını təyin edərkən məmurlara ciddi mesaj və tövsiyyələr vermişdir. Əsas mesajlardan biri kadr seçərkən qohumbazlığa yol verməmək, nepotizmdən uzaq olmaq, sadə olmaq, peşəkar xüsusiyyətləri ön plana çəkmək olmuşdur:
Nərimanov rayonunda isə Prezidentin dediyinə tam əks mənzərənin şahidi oluruq. Abdin Fərzəliyevin kadr seçimi yalnız tayfa, qohum, dost meyarından ibarətdir:
Başçının müavinləri:
1-ci müavin Şahmar İbadov – Abdin Fərzəliyevin ov və əyləncə dostu olan Ramiz Həsənovun bacanağıdır (Ramiz Həsənov Meridian və Komfort restoranlarının sahibidir)
Rayonda siyasi tədbirlərin təşkilatçısı, köçürmələrin koordinatoru və vətəndaşlarla işə cavabdeh şəxsdir. Təsadüfi deyil ki, Şahmar İbadova həm də rayonun 2-ci başçısı deyirdilər. Hazırda Şahmar İbadovun vəzifədə olmadığı söylənilir.
Müavin İlqar Mirzəyev – Başçının qohumu (Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin qardaşı)
Müavin İradə Mahmudova – Başçının şəxsi təqdimatı ilə işə götürülüb. Onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilmişdir.
Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – Başçının qohumu
Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – Başçının qohumu
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Sadıqov – Başçının qohumu
Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – Başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – Başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – Başçının qohumu
MKTB rəisi Qoşqar Məmmədov – Başçının qohumu və iş ortağı
1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev – Başçının qohumu
2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov – Başçının qohumu
3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov – Başçının qohumu
Bələdiyyə sədri və müavinləri – Başçının ailə üzvləri
Nərimanov rayonunu tamamən Şərur qruplaşmasının total nəzarətinə keçirmək üçün Abdin Fərzəliyevə kart blanş təmin olunub. Bunun səbəbləri aşağıdakılardır:
– Maliyyə mənbələri yaratmaq və inkişaf etdirmək
– Tövsiyyə edilən şəxslərə torpaq sahələri ayırmaq
– Tövsiyyə edilən şəxslərə qeyri-yaşayış sahələri hədiyyə etmək
– Tövsiyyə edilən şəxslərə mənzillər hədiyyə etmək
– Tövsiyyə edilən şəxslərə mülklər özəlləşdirərək hədiyyə etmək
Qeyd edilənlərlə kifayətlənməyərək Abdin Fərzəliyev hədiyyə qismində parklara və təhsil ocaqlarına üz tutur. Məsələn:
Dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T. Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilmişdir.
AMEA-nın saytında son açıqlamasında öz siyasi məqsədləri naminə insanların dini duyğularından istifadə edərək, halal və haram mövzusuna toxunan Ramiz Mehdiyev bu faktların üzə çıxa biləcəyini düşünmürdümü?
Eyni zamanda, nəğd vəsaitin toplanması üçün Əli Həsənov Abdin Fərzəliyevə geniş imkanlar yaratmış, nəticədə qəbristanlıq ərazilərinin satılması zamanı bir sıra torpaqları Prezidentin İctimai-Siyasi şöbəsinin rəhbərinə hədiyyə etmişdir.
Abdin Fərzəliyevin təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox vəsaiti mənimsəməsi mətbuatda qeyd edilmişdir:
Vilyam Hacıyevin nümunəsində həbs edilən icra başçılarında aşkar edilən böyük həcmdə nağd vəsait həm də onu təsdiq edir ki, Ramiz Mehdiyevin kadr təyinatları zamanı əsas prinsiplərindən biri də nağd vəsaiti akkumlyasiya edib, sonradan şəffaflığı sual yaradan istiqamətlərə yönəltmək olub.
Pulların yuyulması üçün müxtəlif sxemlərdən istifadə edilib.
Abdin Fərzəliyev dəfələrlə iddia edib ki, O topladığı vəsaitin bir hissəsini Rusiyanın Astraxan vilayətinin abadlığına xərcləyib. Reallıq isə belədir ki, Nərimanovda toplanın yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Astraxandakı layihələr sadəcə koridor olaraq istifadə edilib.
Nəticədə isə Əli Həsənov Beşinci Kolonu maliyyələşdirib və eyni zamanda özləri zənginləşib. Başçı və qohumları isə oliqarxa çevrilib. Bu gün Əli Həsənovun ümumi (ölkə daxili və xarici) varidatı orta hesabla görə 400 mln.dollar ətrafında olduğu halda, Abdin Fərzəliyevin xarici hesablarında olan vəsaitin 750 mln. dolları keçdiyi artıq sübüt edilib və müvafiq strukturlar artıq məsələ ilə bağlı araşdırmanı yekunlaşdırırlar. Vəsaitlərin böyük hissəsi Türkiyə, kiçik hissəsi Avropa banklarında saxlanılır.
Bundan əlavə cari xərclər üçün də müəyyən edilmiş sxem mövcud idi. Hər ay Abdin Fərzəliyev Əli Həsənova cari xərclərə 100 000 Avro vəsait göndərirdi. Həmin vəsaitin 20 000 Avro Belçikada yaşayan müxaliflərə (hər ailəyə 1000 euro), 30 000 Avro – Hollandiyaya, 30 000 Avro Fransaya və 20 000 dollar isə ABŞ-a göndərilirdi. Bu vəsaitlər həmin ölkələrdə yaşayan və mühacir həyatı sürən insanlara dəstək formasında verilirdi.
Bu işlərin həyata keçirilməsində Əli Həsənova əsas dəstək verən insanlardan biri Nazim İbrahimov idi. Eyni zamanda, Diaspora Komitəsinə ayrılan vəsaitlərin əksəriyyəti İbrahimov və Əli Həsənov tərəfindən mənimsənilirdi. Bunun nəticəsi idi ki, Prezident İlham Əliyev Fuad Muradovu yeni komitə rəhbəri təyin edəndə cəmiyyətə konkret mesaj göndərdi:
“Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Əslində vəsaitlər çatırdı… sədəcə Əli Həsənova lazım olan adamlara… digər vəsaitlər isə Əli Həsənovun ailəsinin varidatını artırırdı.
Buna görə, sadə Nərimanov sakinləri bu gün sual edir ki, bu rayonda həllini gözləyən minlərlə problem olduğu halda rayonun vəsaitləri hansı məntiqlə Astraxana və digər istiqamətlərə xərclənməli idi?
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan Altun restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib. Bu görüşlərdə Əli Həsənov ilə yanaşı Ramiz Mehdiyevə sədaqət andı içmiş icra başçıları – Abdin Fərzəliyev (Nərimanov rayonunun başçısı), Arif Qasımov (keçmiş Nizami rayonunun başçısı), Asif Əsgərov (Nəsimi rayonunun başçısı), Süleyman Mikayılov (Qaradağ rayonunun başçısı) və digərləri iştirak edirdilər. Asif Əsgərov 2 toplantıdan sonra görüşlərə davam etmir və Akademiklə vasitəçilər olmadan münasibət saxlayacağını bildirir…
Davamı var…

Mənbə
7news.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close