51 hüquqi şəxs Azərbaycandan üzr istəyib
Azərbaycan torpaqlarının bir hissəsinin işğalda olduğu müddətdə orada qanunsuz fəaliyyətlə məşğul olan əcnəbi şirkətlərdən bəzisi rəsmi Bakıdan üzr istəyib.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatına istinadən xəbər verir.
Bildirilir ki, 2014-2020-ci illər ərzində 51 əcnəbi hüquqi şəxsin nümayəndələrinin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsini qeyd edib.
Onlar bu ərazilərdəki qanunsuz fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinə müvafiq üzrxahlıq müraciəti ünvanlayıb.
Onlar gələcəkdə bu kimi qanunsuz addımların atılmayacağına dair öhdəlik götürüblər.