Şair Abdulkadir İnaltəkin Qarabağ şəhidlərini hörmətlə andı.

Azərbaycansevər, türk dünyasının təəssübkeş ziyalısı, Abdulkadir İnaltəkin Ankaradan redaksiyamıza hüznlü məktub göndərib…  “Əziz qardaşlar, Qarabağ şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsinə “Cehri” təxəllüsü işlətdiyim şerimi dərc olunması üçün təqdim edirəm.Dərin ehtiramla;Əbdülqadir İnaltəkin(aKi عبد القادراينالتكین)

QARABAĞDA QALDI
Ürək yara, könül xəstə,
Dözüm, Qarabağda qaldı.
Əriyirəm asta-asta,
Buzum Qarabağda qaldı.

Yox axtarıb, soruşanım,
Unuduldu şöhrət, şanım.
Həyif, yerdə qaldı qanım,
Sözüm Qarabağda qaldı.

Söndü alovum, ocağım,
Dağa dönüb, sinə dağım,
Yaddan çıxdı Qrabağım,
Gözüm Qarabağda qaldı.

Həy baxıram, uzaqlara,
Xəyallarım gədib hara?
Sinəm üstdə qanlı yara,
Sızım Qarabağda qaldı.

Yağdı yenə qar bağlara,
Durub gəlmir yar bağlara.
Yayda düşüb xar bağlara.
Yazım Qarabağda qaldı.

Son görüşdü; halallaşdı,
Asda-asda uzaqlaşdı,
Gözden itdi, dağdan aşdı;
Quzum Qarabağda qaldı.

Röya kimi gəldi, getdi,
Heyalımda qaldı, getdi,
Cehri, şəhid oldu getdi;
İzim Qarabağda qaldı.

Əbdülqadir İnaltəkin

Anqara, 15 Sentyabr 2022

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button