Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb – YENİLƏNİB
Şəxsin odlu silahla qəsdən öldürülməsi faktına görə cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam davam edir.
22:08
İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2003-cü il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Polise.az