TDT Baş katibi Qırğızıstan Prezidenti ilə Şuşa Zirvəsinə hazırlığı müzakirə edib
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev iyunun 28-də Qırğızıstanda bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
Polise.az xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, tərəflər TDT-nin Şuşada keçirilməsi gözlənilən qeyri-rəsmi Zirvə görüşünü müzakirə ediblər.
TDT-yə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar haqqında Baş katibə məlumat verilib.
Tərəflər strateji əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Polise.az