Xankəndidə son bir həftədə 78 avtomat, 22 qumbara, 1 pulemyot və xeyli silah-sursat aşkarlanıb

Son bir həftədə (29 iyun-5 iyul) polis əməkdaşları Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlayıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 ədəd müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatlar aşkar edilərək götürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button