DİN: Şənbə və bazar günləri 1 avtomat silahı, 2 tüfəng və 1 tapança götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, iyulun 6-7-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 5 tüfəng təhvil götürüblər.

Son iki gündə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 32 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button