Böyük Britaniya və Niderlandın müdafiə nazirləri Odessada səfərdə olublar

İyulun 7-də Niderlandın müdafiə naziri Kaspar Veldkamp və xarici işlər naziri Ruben Brekelmans, həmçinin Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Prezident döyüş meydanındakı vəziyyətlə bağlı nazirlərə məlumat verib. Görüş iştirakçıları Ukraynanın Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapın məruzəsini dinləyiblər.

“Biz gələcəkdə Böyük Britaniya, Niderlandla birlikdə Ukrayna donanmasını gücləndirəcəyik – əməkdaşlığımızın yaxşı yeni detalları var”, – deyə Zelenski vurğulayıb.

Prezident, həmçinin bildirib ki, o, nazirlərlə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi də müzakirə edib.

“Bu, bizim mütləq prioritetimizdir və mən növbəti addımları atmağa, xüsusən də F-16 ilə bağlı hazırlığa görə minnətdaram”, – deyə dövlət başçısı bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button