Tokayev Trampa edilən sui-qəsd cəhdini pisləyib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidentliyinə namizəd Donald Trampın sui-qəsd cəhdi nəticəsində yaralanması ilə bağlı sabiq prezidenti şəfa diləyib və hücumu pisləyib.

Polise.az  xəbər verir ki, bu barədə Tokayevin ofisi (Aqorda) bəyanat yayıb.

“Dövlət başçısı Kasım-Jomart Tokayev ABŞ-nin keçmiş prezidenti Donald Trampa edilmiş sui-qəsdi cəhdini qətiyyətlə pisləyib və ona tezliklə şəfa tapmasını diləyib”, – teleqramdakı paylaşımda qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button