Zaxarova: ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb

ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.

Polise.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.

“Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir”, – Zaxarova deyib.

Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button