Ərdoğan: Türkiyə terrorla mübarizədə NATO ilə arzu olunan əməkdaşlıqdan uzaqdır
Türkiyə terrorla mübarizədə NATO ilə arzu olunan əməkdaşlıqdan uzaqdır.
Polise.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində bildirib.
“NATO-nun Vaşinqtondakı sammitində Türkiyənin alyansdakı əvəzsiz rolu bir daha təsdiqləndi. Bu tarixi Zirvədə biz müttəfiqlərimizdən gözləntilərimizi ifadə etdik. Biz hələ də arzu olunan əməkdaşlıqdan uzağıq”, – Türkiyə lideri deyib.
Polise.az