Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı problemlərdən yayına bilmərik

Beynəlxalq şəraitdə artan geosiyasi gərginlik və qeyri-müəyyənlik bizi iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və onun həlli imperativindən yayındırmamalıdır.

Polise.az  xəbər verir ki, bu barədə COP29-un prezidenti Muxtar Babayevin COP iştirakçılarına ünvanladığı məktubda deyilir.

Beynəlxalq ictimaiyyətə ünvanlanan bu məktub illik iqlim sammitinin planlarını və gözləntilərini əks etdirir.

Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişi və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyət üçün lakmus kağızı olacaq.

COP29-un prezidenti əsas prinsipləri vurğulayıb, yeni iqlim hədəflərinin ambisiyalarını artırmaq üçün nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib: “COP29 sədrliyi üzrə məsləhətləşmələrimiz ərzində biz iki paralel bəndə əsaslanan baxışımızı təqdim etdik. Ambisiyaların artırılması və fəaliyyət üçün şəraitin yaradılması, eləcə də iqlimin maliyyələşdirilməsi bizim əsas prioritetimizdir. Bu bəndlər bir-birini gücləndirir. Əsas mandatların və fəaliyyətlərin uğurla həyata keçirilməsi etimadın, həmrəyliyin və impulsun möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək”.

Bununla yanaşı, COP29 sədrliyinin tərəflərlə fəal əməkdaşlığı davam etdirəcəyi qeyd olunub və qarşıdan gələn sessiyanın uğurla keçəcəyinə ümidlər də ifadə edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button