HƏNDƏSƏNİ ÖYRƏNMƏYƏ ŞAHANƏ YOL YOXDUR
“HƏNDƏSƏNİ ÖYRƏNMƏYƏ ŞAHANƏ YOL YOXDUR”
Riyaziyyat tarixində mühüm yer tutan”Başlanğıc”əsərinin müəllifi mənşəcə yunan alimi Evklid olub.Əsərin iki min ildən artır yaşı var.E.Ə.3-cü əsrdə yaranmış”Başlanğıc” indi də əhəmiyyətini itirməyib.
Dahi həndəsə alimi Evklid ömrünün böyük hissəsini İSKƏNDƏRİYYƏDƏ-MAKEDONİYALI İSKƏNDƏRİN Aralıq dənizi sahilində,Nil çayının ətrafında saldığı şəhərdə keçirmişdir.
Çar I Ptolomey İskəndəriyyəni Misirin paytaxtı elan etmişdi.
I Ptolomey öz ölkəsinin nüfuzunu qaldırmaq üçün alim və şairləri ölkəsinə dəvət etmiş,onlar üçün yunan əsatirinə görə şeiri,sənəti və elmləri himayə edən ilahilərin şərəfinə tikilən bir məbəd-Museyon yaratmışdı.
Bu məbəddə məşğələ salonları,botanika və zoologiya bağları,anatomiya kabineti,astronomik qüllə,işləmək üçün otaqlar və böyük kitabxana var idi.
Dünyanın hər yerindən Museyona müxtəlif sahədə olan alimlər axışıb gələrdilər.İskəndəriyyə dünyanın elm və ədəbiyyat mərkəzinə çevrilmişdi.
Arximed,Samosalı Aristarx və digər məşhurlar burada mühazirələr oxuyardIlar.Ora Evklid də dəvət olunurdu.Evklid həndəsə alimlərinin nailiyyətlərini, həmin dövrə qədər toplanmış bütün bilikləri ümumiləşdirə bilmişdir. Bu işdə İskəndəriyyə kitabxanasının kitab külliyatları ona yardımçı olmuşdur.
Lülə halında bükülmüş papiruslarda həm misirlilərin ilk addımları,həm Babilistanın”gildani mütəfəkkirləri”nin kəşfləri,həm də yunan alimlərinin nailiyyətləri təcəssüm olunmuşdur.
Həndəsə -“yerölçmə” mənasını verir.Qədim Misir yerölçənləri lap qədim zamanlardan geniş biliyə malik idilər.
Evklid IPtolomeyin dövründə yaşamışdır.Belə nəql edirlər ki,bir dəfə Ptolomey həndəsəni öyrənmək qərarına gəlir.Və I Ptolomey Evklidi hüzuruna çağırıb (riyaziyyatı)həndəsəni öyrənməyin asan yolunu göstərməyi xahiş edir.Alim cavab verir ki,həndəsəyə şahanə yol yoxdur.
İkinci bir əfsanə də var: Cavan bir oğlan Evkliddən həndəsəni öyrənməyə başlayır.Bir neçə teoremi öyrənəndən sonra gənc təbii olaraq alimdən “Başlanğıc”ı öyrənəndən sonra onun qazancı nə olar”,-soruşur.
Evklid tələbəsinin sualını cavabsız qoyur.Qulu çağırıb deyir:”Ona qəpik-quruşdan ver getsin.O,elmdən qazanc götürmək istəyir”.
Böyük alim haqda bioqrafik məlumatlar da var.Sən demə o, mənşəcə yunan,yaşadığı yerə görə Suriyalı,əsli Tir şəhərindəndir.
Evklid ibtidai təhsilini Platonun tələbələrindən almışdı.Platonun təsis etdiyi Akademiyanın giriş qapısında belə bir yazı da olub:”Həndəsəni bilməyən kəs içəri girməsin”.
Beləliklə bu böyük alim haqqında indi yalnız bir”Başlanğıc”qalıb…Belə -belə işlər…
Şəmsəddin Əliyev
Hüquqşünas