Rusiya nəşri erməniləri ifşa etdi: Bir dənə də sübut yoxdur
Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda davam edən döyüşlər zamanı Azərbaycanın 16 hərbi helikopter itirdiyini bəyan edib. Amma bununa belə, İrəvan bu müddətə ərzində həmin helikopterlərlə əlaqədar bir dənə də olsun sübut təqdim edə bilməyib.
Bu barədə Rusiyanın “avia.pro” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Ermənistan münaqişənin ilk günlərində naməlum uçuş aparatının dağıntılarının nümayiş etdirib:
“Amma mütəxəssislər müəyyənləşdirib ki, bu kadrlar quramadır, çünki kadrdakı qırıntılar raketlə vurulan heikopterə xas qırıntılar deyil. Qırıntıların digər hissəsi isə ümumiyyətlə təqdim olunmayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin vurulmuş uçuş aparatları ilə bağlı hər hansı bir dəlilin təqdim olunmamasını isə İrəvanda şərh etməyiblər”.