Tbilisidə etiraz aksiyaları başlayıb
Baku TV-nin Gürcüstan bürosu xəbər verir ki, aksiyanın keçirilməsinə səbəb müxalifətin oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmamaları olub.
Paytaxt Tbilisinin mərkəzi olan Rustaveli prospektində yerləşən Parlament binası qarşısına toplanan etirazçılar nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Aksiya iştirakçıları Gürcüstan Mərkəzi Seçki komissiyasından açıqlanan nəticələrin ləğvini tələb ediblər.
Onlar hakimiyyətin parlament seçkilərini saxtalaşdırdığını bildiriblər. Aksiyada müxalifət liderləri seçkilərin legitimliyini tanımadıqlarını və uzunmüddətli etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, aksiya zamanı polislə etirazçılar arasında qarşıdurmalar da yaşanıb.