ABŞ rəsmi olaraq ÜST-dən çıxdı
ABŞ rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə təşkilata artıq məlumat verilib.
ABŞ Dövlət Departamentində isə ölkənin 2021-ci ilin iyul ayında ÜST-dən çıxacağı bildirilib.
ABŞ Prezidenti Donald Tramp ÜST-ün pandemiya dövründəki fəaliyyətini tənqid edib.
O, təşkilatın lazımi islahatları aparmaqdan imtina etdiyi üçün ölkənin ÜST-lə əlaqələrini sona çatdırdığını bildirib.
ABŞ Prezidenti ÜST-ü dəfələrlə koronavirus epidemiyasının miqyasını Çinin maraqları naminə gizlətməkdə günahlandırıb.