Dünya hərb tarixində yeni səhifə açıldı – İkinci Qarabağ müharibəsindən hələ çox danışılacaq

“Cəmi 1 həftəyə Azərbaycanın şanlı Ordusu düşmənin 30 ildə xeyli vəsait xərcləyib qurduğu istehkamı darmadağın etdi. Bu, hərb tariximizin yeni dövrüdür”.

Bu fikirləri konkret.az-a açıqlamasında İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Nadir şahın və Şah İsmayıl Xətainin qurduğu imperiyanın süqutundan sonra Azərbaycan yeni şanlı qələbə qazanmaqla qızıl dövrün əsasını qoydu. Ölkəmizin ərazi bütövlüyü yenidən bərpa edildi: “Ordumuz qısa müddət ərzində döyüş meydanında düşməni ağır məğlubiyyətə uğratdı, dəyəri milyard dollarla ölçülən hərbi texnikasını, silah-sursatını məhv etdi və xeyli qənimət ələ keçirdi.

Azərbaycan Ordusu bu qələbəsi ilə dünya tarixinə adını qızıl hərflərlə yazdırmaqla yanaşı, düşmənin havadarlarına da yaxşı dərs vermiş oldu. Ali Baş Komandanın adı yenilməz və güclü sərkərdə kimi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Cənab prezident İlham Əliyev bu möhtəşəm qələbə ilə həm Azərbaycan xalqının, həm də ümummilli liderimiz Heydər Əliyevin arzularını reallaşdıraraq 30 ilə yaxındır ki, həsrətində olduğumuz torpaqlarımıza qovuşdurdu. 44 gün ərzində bütün təzyiqlərə sinə gələn Ali Baş Komandan cəbhədə güclü sərkərdə, diplomatiyada əsl strateq nümunəsi ortaya qoydu. İnformasiya müharibəsində isə Azərbaycanın haqq səsini dünyaya çatdıraraq düşmənin əsil simasını göstərdi”.

Deputat vurğulayıb ki, hazırda biz bir neçə ay öncə arzuladığımız qələbəni yaşayırıq: “Bayramlarda və xoş günlərdə “İnşallah gələn il bu günləri Qarabağda, Şuşada və işğal altında olan torpaqlarımızda qeyd edək” kimi arzular səslənirməyəcəyik”.

Artıq o arzuları reallaşdıracağıq. Çünki Azərbaycan əsgəri, mərd oğullarımız sayəsində uzun illərdir ki, həsrətində olduğumuz torpaqlarımıza qovuşmuşuq. Ali Baş Komandanın rəhbərliyi ilə mərd oğullarımız Azərbaycan Ordusunun gücünü bütün dünyaya sübut etdi. Yaşadığımız bu zəfər həftəsi Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək, gələcək nəsillərimiz hər il üzüağ və başıuca şəkildə bu qələbəni qeyd edəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button