ÜST rəhbəri: “Peyvənd COVID-19 pandemiyasını dayandırmayacaq”

“SARS-CoV-2 virusuna qarşı peyvənd təkbaşına pandemiyanı dayandıra bilməz”.

Bu sözləri “Twitter” hesabında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus yazıb.

O qeyd edib ki, əvvəlcə peyvənd tibb işçiləri, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üzərində tətbiq olunacaq.

“Bu, ölüm hallarının sayını azaltmağa imkan verəcək, ancaq “virusun hərəkət etməyə yeri qalır”. Lap əvvəldən bilirdik ki, pandemiyaya nəzarət etmək üçün peyvənd vacib olacaq. Ancaq başa düşməliyik ki, peyvənd digər alətləri tamamlayacaq, onları əvəz etməyəcək”, – deyə ÜST rəhbəri bildirib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button