Qrossi:”Nüvə proqramına nəzarət mexanizmi olmadan İranla sülh sazişi illüziyadır”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (ABEA) rəhbəri Rafael Qrossi bəyan edib ki, ABŞ və İran arasında mümkün sazişə Tehranın nüvə proqramının yoxlanılması üzrə ətraflı tədbirlər daxil edilməlidir.

Polise.az “Report” -a istinadən  “Associated Press”ə istinadən xəbər verir ki, Qrossi bu barədə jurnalistlərə bildirib.

“İranın çox genişmiqyaslı və iddialı nüvə proqramı var, ona görə də ABEA müfəttişlərinin iştirakı tələb olunacaq. Əks halda münaqişə tərəflərində saziş olmayacaq, bu, yalnız saziş illüziyası olacaq”, – Qrossi bildirib.

O əlavə edib ki, nüvə texnologiyaları sahəsində istənilən razılaşmalar “çox ətraflı yoxlama mexanizmlərini tələb edir”.

AP qeyd edir ki, fevralda üzv ölkələr arasında yayılmış ABEA-nın məxfi hesabatına əsasən, İran 2025-ci ilin iyununda 12 günlük münaqişə zamanı İsrail və ABŞ tərəfindən zərbələrə məruz qalmış nüvə obyektlərinə agentliyin girişini təmin etməyib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button