ABŞ-də 1 SAATA, AZƏRBAYCANDA 3 HƏFTƏYƏ… – Dünya ölkələri üzrə həkim maaşları + SİYAHI

Həkimlərin gəlirləri ölkələr üzrə bir-birindən kəskin fərqlənir.

Polise.az xəbər verir ki, 2025-ci il üzrə açıqlanan son statistik məlumata görə, bəzi ölkələrdə həkimlərin illik qazancı yüz minlərlə dollarla ölçüldüyü halda, bir sıra dövlətlərdə bu göstərici 20-30 min dollar səviyyəsindədir.

Həkimlərin ən çox qazandığı ölkə ABŞ-dir. Ölkədə həkimlərin illik orta maaşı 268 083 dollar göstərilir. Bu, aylıq hesabla təxminən 22,3 min dollara bərabərdir. ABŞ-ni İsveçrə – 266 900 dollar, Lüksemburq – 260 700 dollar və Bermud adaları – 235 787 dollar izləyir.

İlk beşliyə İslandiya da daxildir. Burada həkimlərin illik gəliri 202 900 dollar göstərilir. Avstraliya, Finlandiya, İrlandiya, Danimarka və Belçika da həkimlərin yüksək gəlir əldə etdiyi ölkələr sırasındadır.

Avropanın bir sıra inkişaf etmiş ölkələrində də həkim maaşları kifayət qədər yüksəkdir. Almaniyada illik göstərici 168 700 dollar, Böyük Britaniyada 163 200 dollar, Fransada 155 000 dollar, İtaliyada isə 151 500 dollar təşkil edir.

Şimali Avropa ölkələri də yüksək göstəricilərlə seçilir. Norveçdə həkimlərin illik maaşı 170 900 dollar, Avstriyada 170 700 dollar, Niderlandda 171 400 dollar, İsveçdə isə 112 200 dollar göstərilir. Polşada bu rəqəm 61 400 dollar, Rumıniyada 62 300 dollar, Bolqarıstanda 63 090 dollar, Macarıstanda 63 200 dollar, Türkiyədə isə 63 100 dollar təşkil edir.

 

 

 

Azərbaycanda isə vəziyyət bu ölkələrlə müqayisədə xeyli fərqlidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında səhiyyə sahəsində fəaliyyət göstərən şəxslərin orta aylıq əməkhaqqı 926,4 manat olub. Bu göstərici illik hesablandıqda təxminən 11 117 manat edir.

Bununla yanaşı, TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun ötən ilin sonunda verdiyi açıqlamaya əsasən, həkimlərin orta aylıq əməkhaqqı 1 850 manat təşkil edir. Bu rəqəm illik hesablamada 22 200 manat, 1 dolların 1,7 manat məzənnəsi ilə isə təxminən 13 060 dollaredir.

Bu rəqəm təqdim olunan beynəlxalq siyahıda ən aşağı göstəricilərdən biridir. Məsələn, Belarusda illik həkim maaşı 12 566 dollar, Misirdə 15 900 dollar, Pakistanda 18 600 dollar, Argentinada isə 21 089 dollar göstərilir.

Başqa sözlə, Azərbaycan üzrə 13 min dollarlıq göstərici Belarusdan bir qədər yüksək, lakin Misir, Pakistan və Argentina kimi ölkələrdən belə aşağı səviyyədədir.

Digər tərəfdən, həkimlərin illik gəlirləri ilə yanaşı, saatlıq qazancında da ölkələr arasında ciddi fərq müşahidə olunur.

Siyahının ilk pilləsində yenə ABŞ qərarlaşıb. ABŞ-də həkimlərin saatlıq qazancı 129 dollar göstərilir. İsveçrədə bu göstərici 128 dollar, Lüksemburqda 126 dollar, Bermud adalarında isə 113 dollar təşkil edir.

İlk beşlikdə yer alan İslandiyada həkimlər saatda 98 dollar qazanır. Avstraliyada bu rəqəm 96, Finlandiyada 91, İrlandiyada 90, Danimarkada 89, Belçikada isə 88 dollardır.

Avropanın digər aparıcı ölkələrində də saatlıq qazanc kifayət qədər yüksəkdir. Almaniyada həkimlərin saatlıq gəliri 81 dollar, Böyük Britaniyada 79 dollar, Fransada 74 dollar, İtaliyada isə 73 dollar göstərilib.

Polşada saatlıq qazanc 29 dollar, Türkiyədə 30 dollar, Gürcüstanda isə 58 dollar təşkil edir.

 

 

Azərbaycanda bir həkim saatda nə qədər qazanır?

Əgər həkimin ay ərzində orta hesabla 176 saat işlədiyi qəbul edilərsə, aylıq 1 850 manatlıq maaşla saatda təxminən 10,5 manat, təxminən 6,2 dollar edir.

Təqdim olunan beynəlxalq siyahıdakı göstəricilərlə müqayisədə Azərbaycanda həkimin təxmini saatlıq qazancı ABŞ-dakı 129 dollarlıq göstəricidən təxminən 21 dəfə aşağıdır. Başqa sözlə, ABŞ-də həkimin bir saatlıq qazancı Azərbaycanda orta həkim maaşının təxminən 3 həftəlik qazancına bərabərdir…

Təqdim olunan statistikaya əsasən, həkimlərin illik gəlirlər belədir:

Yer Ölkə İllik maaş
1 ABŞ 268 083 $
2 İsveçrə 266 900 $
3 Lüksemburq 260 700 $
4 Bermud adaları 235 787 $
5 İslandiya 202 900 $
6 Avstraliya 199 071 $
7 Finlandiya 189 000 $
8 İrlandiya 187 000 $
9 Danimarka 185 400 $
10 Belçika 183 120 $
11 Kanada 181 623 $
12 BƏƏ 178 500 $
13 Honq Konq 173 900 $
14 Niderland 171 400 $
15 Norveç 170 900 $
16 Avstriya 170 700 $
17 Yeni Zelandiya 168 900 $
18 Almaniya 168 700 $
19 Baham adaları 165 263 $
20 Böyük Britaniya 163 200 $
21 Sinqapur 161 300 $
22 Fransa 155 000 $
23 İtaliya 151 500 $
24 İsrail 142 400 $
25 Yaponiya 142 000 $
26 Malta 128 400 $
27 Tayvan 123 700 $
28 İspaniya 123 600 $
29 Gürcüstan 121 000 $
30 Səudiyyə Ərəbistanı 116 300 $
31 İsveç 112 200 $
32 Portuqaliya 98 200 $
33 Yunanıstan 97 900 $
34 Panama 97 151 $
35 Çin 92 600 $
36 Slovakiya 90 600 $
37 Cənubi Koreya 87 700 $
38 Cənubi Afrika 86 500 $
39 Çexiya 85 100 $
40 Estoniya 83 200 $
41 Litva 80 100 $
42 Kosta Rika 78 300 $
43 Qvatemala 76 100 $
44 Çili 74 310 $
45 Ekvador 72 600 $
46 Latviya 71 200 $
47 Malayziya 64 200 $
48 Macarıstan 63 200 $
49 Türkiyə 63 100 $
50 Uruqvay 63 100 $
51 Bolqarıstan 63 090 $
52 Xorvatiya 62 622 $
53 Rumıniya 62 300 $
54 Polşa 61 400 $
55 Trinidad və Tobaqo 57 900 $
56 İraq 56 700 $
57 İndoneziya 55 400 $
58 Braziliya 51 984 $
59 Tailand 50 900 $
60 Vyetnam 46 900 $
61 Yamayka 46 800 $
62 Meksika 44 700 $
63 Ukrayna 42 600 $
64 Rusiya 41 300 $
65 Mərakeş 40 900 $
66 Peru 40 500 $
67 Kolumbiya 38 500 $
68 Qazaxıstan 35 800 $
69 Bosniya və Herseqovina 35 425 $
70 Hindistan 31 200 $
71 Dominikan Respublikası 24 900 $
72 Filippin 22 700 $
73 Argentina 21 089 $
74 Pakistan 18 600 $
75 Misir 15 900 $
76 Azərbaycan təxminən 13 060 $*
77 Belarus 12 566 $

E. Bəyməmmədli

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button