Hikmət Hacıyev: Avropa Parlamentinin qətnamələri regionda sülh gündəmini zəiflədir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamentinin Cənubi Qafqazla bağlı mövqeyini tənqid edib.

Polise.az xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində deyib.

O bildirib ki, Azərbaycan sülhə nail olduqdan sonra belə dezinformasiya ilə üzləşməkdə davam edir:

“Belə qurumlardan biri Avropa Parlamentidir. Onlar problemin bir hissəsidir. Avropa Parlamenti regionda sülh gündəmini zəiflədən qətnamə və qərarlar qəbul edir. Biz regional sülh qurmaq prosesindəyik, lakin Avropa Parlamenti tamamilə fərqli gündəm həyata keçirir”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button