Türkiyə XİN: Azərbaycanın yanında olmağa davam edəcəyik

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.
Polise.az xəbər verir ki, paylaşımda deyilir:
“27 Sentyabr – Anım Günü ilə əlaqədar Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq. Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanında olmağa davam edəcək”.
Polise.az



