Şəmkirdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub

Şəmkirdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar bilinib.
Teleqraf xəbər verir ki, rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin evində özünün və yanında qadının meyitinin tapılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatları bilinib.
Belə ki, meyiti aşkar edilən qadın Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovadır. İlkin məlumata görə, qadını elə qeyri – rəsmi nikah münasibətində olduğu R. Mustafayev qətlə yetirməkdə şübhəli bilinir. Adıçəkilən şəxs sonra özünə qəsd edib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
****
21:15, 16 noyabr
Şəmkirdə evdən kişi və qadın meyiti aşkarlanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Varlı Həyat kənd sakini 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin meyiti tapılıb. Onun yanında qadın meyiti də aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.



