Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu

Bu gün Azərbaycan Respublikasında Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Polise.az xəbər verir ki, anım dəqiqəsi zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti tamamilə dayandırılıb.

Eyni zamanda, avtomobillərdən səs siqnalları verilib, gəmilər və yerüstü qatarlar isə xüsusi fit səsləri ilə şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Medial
Medial
Medial
Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button