Səhiyyə Nazirliyi baş həkimi qanunsuz işdən çıxardığına görə cərimələndi

Səhiyyə Nazirliyi məhkəmə qərarını icra etmədiyinə görə 3 min manat məbləğində cərimə olunub.

Polise.az xəbər verir ki, məsələ Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyevin işdən çıxarılması ilə bağlıdır.

Məlumata görə, Vüqar Əliyev bir neçə ay əvvəl Səhiyyə Nazirliyinin apardığı yoxlamadan sonra vəzifəsindən azad edilib.

Yoxlama zamanı bəzi xəstələrə reseptlə nəzərdə tutulandan artıq miqdarda psixotrop dərman yazıldığı müəyyənləşdirilib.

Nazirlik bununla bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində isə Vüqar Əliyevin əməlində cinayət tərkibinin olmadığı müəyyən edilib.

Bundan sonra Vüqar Əliyev işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə onun iddiasını təmin edərək işə bərpa olunması barədə qərar çıxarıb.

Lakin Səhiyyə Nazirliyi məhkəmə qərarını icra etmədiyinə görə 3 min manat məbləğində cərimələnib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button