Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edəcək

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.
Polise.az xəbər verir ki, hazırda parlamentin payız sessiyası üzrə ilk iclası keçirilir.
Milli Məclisin bu gün keçirilən payız sessiyası çərçivəsində keçiriləcək ilk plenar iclasının gündəliyinə Anım Günü ilə bağlı məsələ daxil edilib.
Qeyd edək ki, Anım Günü — Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ Müharibəsində həlak olan hərbçilərin xatirəsinin anılmasına həsr olunub.
Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.
Polise.az



