Prezidentin köməkçisi buna görə parlamentin iclasında iştirak etdi

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanunu müzakirəyə çıxarılaraq qəbul olunub.
Musavat.com-un məlumatına görə, iclasda Prezidentin köməkçisi Şahmar Mövsümov iştirak və çıxış edib.

Ş.Mövsümovun plenar iclasda iştirakı növbədənkənar sessiyada qəbul olunmuş, amma Prezidentin etirazı ilə parlamentə qaytarılmış qanunun müzakirəsilə bağlıdır.
Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov yeni layihə barədə məlumat verib. Daha sonra deputatların təklifi ilə layihə səsə qoyulub və 117 səslə qəbul olunub.
Spiker Sahibə Qafarova Prezidentin köməkçisinə iclasda iştirakına görə təşəkkürünü bildirib.
E.Paşasoy,
Musavat.com



