Dövlət Komitəsi Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadınla bağlı hərəkətə keçdi

Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar təbii ki, bizi də ciddi narahat etdi.

Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, komitə qadınlara qarşı zorakılığın bütün formalarını qətiyyətlə pisləyir.

“Məsələ ilə bağlı Dövlət Komitəsi olaraq Pakistanın Azərbaycandakı səfirliyi ilə əlaqədəyik. Aldığımız məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır.

Hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir. Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək.

Eyni zamanda, media və sosial şəbəkə istifadəçilərini bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırırıq”, – o vurğulayıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button