ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: Rusiya müharibəni uduzacaq və SSRİ kimi çökəcək

ABŞ Mərkəzi Kəşfiyyatının (MKİ) direktoru Con Retkliff avqustun sonunda Moskvaya səfəri zamanı Rusiyaya Amerikanın kəşfiyyat qurumlarının qiymətləndirməsini çatdırıb. Həmin qiymətləndirməyə əsasən, Rusiya Ukraynaya qarşı müharibəni uduzur və iqtisadiyyatı Soyuq müharibənin sonunda SSRİ-də olduğu kimi çökür.
Polise.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) mənbələrə istinadla məlumat yayıb.
“Retkliff ABŞ kəşfiyyat xidmətlərinin gəldiyi qənaəti Moskvaya çatdırıb. Həmin qənaət belədir: Rusiya müharibəni uduzur. Burada söhbət Donbas cəbhəsindən və ya artıq Moskvaya qədər gəlib çatan Ukraynanın dron müharibəsindən getmir. Hərbi baxımdan vəziyyət dalana dirənməyə doğru gedir. Amma Rusiya iqtisadi cəhətdən bunun öhdəsindən gələ bilməyəcək. İqtisadiyyat Soyuq müharibənin sonunda Sovet İttifaqında olduğu kimi çökəcək”, – məqalədə deyilir.
Nəşrin məlumatına görə, MKİ direktorunun avqustun sonunda Moskvaya səfərinin əsl səbəbi bu olub.
“Bu mesajla yanaşı, ABŞ-nin Ukraynaya dair siyasətinin məhz bu qiymətləndirmə əsasında formalaşdırıldığı da izah edilib. Buna görə də Putin Trampın hansısa məqamda Zelenskini tək qoyacağına ümid etməməlidir. Buna görə də Amerikanın tələbi belədir: “Danışın”, – nəşr əlavə edib.
Polise.az



