Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb

Uşaqların fiziki və psixoloji təhlükəsizliyinin qorunması, onların hüquqlarının təmin edilməsi və risklərdən müdafiəsinin gücləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Layihədə təhsil müəssisələrində, ictimai yerlərdə və rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sənəddə uşaqların zorakılıq, təzyiq, təhlükəli informasiya və digər risklərdən qorunması, həmçinin belə hallarla bağlı müraciətlərin qəbul edilməsi və araşdırılması mexanizmlərinin yaradılması təklif olunur.
Layihənin əsas məqsədi uşaqların hüquqlarının və təhlükəsizliyinin hərtərəfli müdafiəsini təmin etməkdir.
Polise.az



