Sumqayıtda yeniyetmə bıçaqlanıb

Sumqayıtda yeniyetmələr arasında insident baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Mehdi Hüseynzadə adına stadionun ətrafında qeydə alınıb.
2010-cu il təvəllüdlü Həzizadə Ramal Şahin oğlu ilə 2011-ci il təvəllüdlü Əlişov Turab Şahlar oğlu arasında mübahisə yaranıb.
Mübahisənin böyüməsi nəticəsində Turab Əlişov bıçaq xəsarəti alıb.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.
Polise.az



