Türkiyədə dəhşət yaşandı – İtkin düşənlər var

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binasının ilk 3 mərtəbəsində səhər saatlarında qəfil çökmə baş verib.

Polise.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hadisə oktyabrın 8-i səhər saat 05:40 radələrində Maltepe ilçəsi Cevizli məhəlləsi Doğu küçəsində qeydə alınıb.

Məlumata görə, 1987-ci ildə inşa edilən binanın alt qatında tekstil atelyesinin fəaliyyət göstərdiyi bildirilib. Ümumilikdə 12 mənzilin yerləşdiyi və 33 nəfərin yaşadığı binanın çökən 3 qatında dükkan və 4 mənzil yerləşib.

Hadisə yerinə dərhal xilasetmə, AFAD, UMKE, polis və təcili tibbi yardım qrupları cəlb olunub. Müvafiq qurumların müdaxiləsi nəticəsində binanın üst mərtəbələrində köməksiz qalan şəxslər təxliyyə edilib, dağıntılar altından isə 5 nəfər yaralı olaraq çıxarılıb.

İstanbul valisi Davut Gül açıqlamasında bildirib ki, dağıntılar altında 7 nəfərin olduğu ehtimal edilir və onlardan 4 nəfərlə əlaqə yaradılıb, qalan 3 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir. Maltepe Bələdiyyə başqanı Esin Köymen isə açıqlamasında çökmə baş verən binanın üst 2 mərtəbəsinin qanunsuz olduğunu qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button