Məktəblər ideoloji qarşıdurma meydanına çevrilməməlidir

Bu gün bəzi məktəblərdən yayılan görüntülər və sosial şəbəkələrdəki müzakirələr təhsil müəssisələrində vahid geyim qaydalarına münasibət məsələsini yenidən gündəmə gətirməklə yanaşı, əslində bu məsələnin, bu səs-küyün əsl səbəbini üzə çıxardır. Baş verənlər, təəssüf ki, ən pis ehtimalları və şübhələri doğruldur və bu müzakirələrə yalnız geyim seçimi prizmasından yanaşmağın düzgün olmadığını təsdiqləmiş olur. Xüsusilə narahatlıq doğuran məqam bu cür müzakirələrin xarici ideoloji təsirlərin yayılması üçün vasitəyə çevrilməsi ehtimalıdır. İranın dini-siyasi ideologiyasına yaxın mövqelərin Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında təbliğ edilməsi, bəzi xırda detallardan fürsətcilcəsinə istifadə edərək bunu emosional, kəskin formada insanların hissləri və inancları ilə oynayaraq, məsələyə dini don geyindirərək dövlətimizin əleyhinə, onun sekulyar dəyərlərinə hücum kompaniyası təşkil etmək, vətəndaşlar arasında narazılıq, nifaq salmaq cəhdləridir.
Əslində bu proseslərin dərinliklərində daha böyük məqsədlər, daha daha fundamental məsələlər — dövlətin dünyəvi xarakteri, təhsil siyasətinə hörmət, qanunlara əməl edilməsi və milli maraqların qorunması məsələləri və bu dəyərlərə edilən hücumlar, xəyanətlər və s. də var. Hər kəs- dostlar da, düşmənlər də, fürsətcillər də birdəfəlik bilsinlər, alınlarına yazsınlar ki heç bir xarici dövlətin ideoloji maraqları Azərbaycanın milli maraqlarından, konstitusion quruluşundan və müstəqil təhsil siyasətindən üstün ola bilməz!!!
Digər tərəfdən, hər hansı şəxsin, bu və digər məsələlərlə bağlı, o cümlədən inanclı bir insanın dini baxışları, geyimlə bağlı narazılığı, etirazı vardırsa, onu ölkə qanunvericliyinin tələbləri çərçivəsində, həm öz milli dəyər və adət-ənələrimizə, davranış qaydalarımıza uyğun formada müraciət etməsi qəbul ediləndir. Bəs proseslərdə uzun əsrlik tarixi boyu xalqımızın dini baxışlarına, milli dəyərlərinə yad tərzdə, ümumiyytəltə heç İslam tarixində, Müqəddəs kitabımızda olmayan, hansısa xarici strukturların kabuinetlərində hazırlanmış və həmin dövlətin maraqlarına xidmət edən. şüarlar, istinadlarla, saxta moizələrlə və s. ilə müşaiət olunmasına, həmin qüvvələrin təsiri və təzyiqi ilə edilməsinə nə ad vermək olar? .
Birdəfəlik dəftərinizə yazın və ağalarınıza da çatdırın!!! Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip dövlətimizin konstitusion əsaslarından biridir və cəmiyyətin bütün üzvləri üçün eyni hüquqi çərçivəni müəyyən edir. Dünyəvilik dinə qarşı olmaq demək deyil!!! Əksinə, hər kəsin dini etiqad azadlığının qorunması, müxtəlif inanclara hörmət edilməsi və dövlət idarəçiliyinin dini göstərişlərdən asılı olmaması deməkdir. Məhz bu tarazlıq Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələrinin və ictimai sabitliyinin mühüm dayaqlarındandır. Ölkəmizdə hər yerdə, o cümlədən, həm də ilk növbədə təhsil, bilik, dünyagörüşü və vətəndaşlıq məsuliyyətinin formalaşdığı məkanda- məktəblərdə bu məsələlərə münasibət də qüvvədə olan qanunvericilik və rəsmi tələblər çərçivəsində həll edilməlidir. Heç kim öz şəxsi baxışlarını, dini yanaşmasını və ya ideoloji mövqeyini dövlətin müəyyən etdiyi qanuni qaydalardan üstün tutaraq başqalarına qəbul etdirməyə çalışmamalıdır.
Azərbaycanın milli-mənəvi dəyərləri ilə dünyəvi dövlət prinsipləri arasında ziddiyyət yaratmaq cəhdləri də qəbuledilməzdir. Milli dəyərlərimizə hörmət etmək qanuna əməl etməyi, başqalarının hüquqlarını tanımağı, cəmiyyət qarşısında məsuliyyət daşımağı və dövlətçiliyi qorumağı da əhatə edir. Dini inanclar heç kimə ümumi qaydaları pozmaq, təhsil prosesinə mane olmaq və ya cəmiyyətdə qarşıdurma yaratmaq hüququ vermir.
Bu gün cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri emosional qarşıdurmalara deyil, hüquqi dövlət prinsiplərinə söykənən mövqeyin gücləndirilməsidir. Məktəblər ideoloji mübarizə meydanına çevrilməməli, uşaqların təhsili və gələcəyi siyasi-dini qarşıdurmaların alətinə çevrilməməlidir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button