Qəbələ sakinlərindən müvafiq sənədləri olmayan silahlar götürülüb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri- H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.