Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinin hədəfə alınması tamamilə qəbuledilməzdir – BƏYANAT

Son günlər beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya kampaniyaları, ölkəmizin daxili məsələlərinin məqsədli şəkildə təhrif olunması və ictimai rəyə təsir göstərmək cəhdləri ciddi narahatlıq doğurur. Xüsusilə ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi məsələsinin dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsi, mövzu ətrafında süni ajiotaj yaradılması və Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinin hədəfə alınması tamamilə qəbuledilməzdir.

Polise.az xəbər verir ki, bu barədə “Ana Vətən Partiyasının” yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Ana Vətən Partiyası olaraq sözügedən məsələ ilə bağlı mövqeyimizi daha əvvəl də ictimaiyyətə açıqlamışıq:
“Bir daha vurğulayırıq ki, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlətdir. Ölkəmizdə vicdan və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur, hər bir vətəndaşın dini inanclarına hörmətlə yanaşılır. Vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və vahid təhsil mühitinin təmin olunmasına xidmət edir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin, dünyəvi dövlətçilik ənənələrinin və təhsil siyasətinin xarici siyasi maraqlar naminə manipulyasiya predmetinə çevrilməsi yolverilməzdir. Ölkəmizin daxili məsələlərinə müdaxilə etmək, cəmiyyətdə dini zəmində süni qarşıdurma yaratmaq və həssas mövzulardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini qətiyyətlə pisləyirik.

Azərbaycanın dövlət siyasəti xalqımızın milli maraqlarına, Konstitusiyanın tələblərinə və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır. Bu siyasətin istiqamətlərini müəyyən etmək Azərbaycan dövlətinin müstəsna suveren hüququdur. Heç bir xarici dairənin qərəzli mövqeyi və məqsədli informasiya manipulyasiyaları ölkəmizin müstəqil siyasi iradəsinə təsir göstərə bilməz.

Həmçinin bəyanatda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik strategiyası, dünyəvilik prinsipləri və milli-mənəvi dəyərlərə söykənən siyasi irs bu gün Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl şəkildə davam etdirilir:
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil dövlət siyasəti Azərbaycanın suverenliyinin, milli maraqlarının və dünyəvi dövlətçilik prinsiplərinin qorunmasının sarsılmaz təminatıdır.

Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini qətiyyətlə pisləyir, dövlətimizin suveren qərarlarına hörmət edilməsinin vacibliyini vurğulayır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli Qərarı ilə müəyyən edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə dair tələbləri birmənalı və qətiyyətlə dəstəklədiyimizi bir daha bəyan edirik.

Azərbaycanın dünyəvi dövlətçilik prinsipləri, milli-mənəvi dəyərləri və təhsil siyasəti heç bir xarici qüvvənin siyasi manipulyasiya və müdaxilə predmetinə çevrilə bilməz. Ölkəmizin suveren hüquqlarını hədəfə alan, cəmiyyətimizdə süni qarşıdurma yaratmağa və dövlətimizin müstəqil qərarlarına təsir göstərməyə yönəlmiş istənilən cəhdi qətiyyətlə rədd edir və sərt şəkildə pisləyirik. Azərbaycanın daxili işlərinə müdaxilə etmək heç bir xarici dairənin səlahiyyətində deyil və dövlətimizin milli maraqlarına zidd olan heç bir təzyiqə, diktəyə və siyasi təxribata yol verilməyəcəkdir”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button