AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü
Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Axşam saatlarında televiziyanın ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə dağıntılar altında qalan kanalın əməkdaşının həyatını xilas etmək mümkün olmayıb:
“Dağıntı altında qalan əməkdaşımızı xilas etmək mümkün olmayıb.
Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Allah rəhmət eləsin!”.