Prokuror “Məclis.info” saytının rəhbərinə cəza istədi

“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmə prosesi keçirilib.

Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən İmran Əliyevin 12 il, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra prosesdə təqsirləndirilən Tamella Musayevanın səhhəti pisləşib, dövlət ittihamçısı çıxışını sonlandıra bilməyib.

Növbəti məhkəmə prosesi noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Məclis.info saytının rəhbəri İmran Əliyev ötən il aprelin 19-da həbs edilib.

İstintaq araşdırması zamanı Elgiz Qəhrəman və Tamella Musayeva da iş üzrə məsuliyyətə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham elan olunub.

İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki təqsirləndirilən – Elgiz Qəhrəman və Tamella Musayevanınn barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button