Qarabağda itkin düşənlərlə bağlı TƏCİLİ QƏRAR: Niderland hərəkətə keçdi

Niderland Azərbaycan və Ermənistanda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün maliyyə yardımı ayıracaq.

Polise.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen İrəvanda erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, qalıqlarının tapılması və kimliyinin müəyyənləşdirilməsi üçün İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə dəstəyinin ayrıldığını elan edirəm”, – deyə Berendsen bildirib.

Lakin nazir ayrılacaq konkret məbləği açıqlamayıb.

Niderland XİN rəhbəri maliyyə yardımı ilə yanaşı, digər dəstək variantlarının da istisna olunmadığını qeyd edib.

Nazir vurğulayıb ki, Niderland hökuməti regionda sülhün bərqərar olunması istiqamətində atılan addımları alqışlayır və İrəvanla Bakı arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.

Musavat.com

Attachment

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button