Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü…

Ərdoğanın “qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik” açıqlaması Türkiyədə Azərbaycana qarşı informasiya hücumları kontekstində diqqət çəkir.
Türkiyə lideri bu sözləri TDT-nin Ankarada keçiriləcək Zirvə toplantısı haqda danışarkən bildirib. Qeyd edib ki, “türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”. Lakin Ərdoğanın sözlərini həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdlərinə mesaj olaraq qəbul edə bilərik. Bu mesajın Türkiyədə Azərbaycana qarşı hücumların aktivləşməsində katalizator rolunu oynayan Oqtay Saralın istefaya göndərilməsinin ardından verilməsi də diqqətdən yayınmır.
Son məlumatlara görə, Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri – “Köklü Dəyişim” (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım saxlanılıb, digəri – səfirliyimizin qarşısındakı aksiyada iştirak edın Fateh Ərşahin ifadəsi alınması üçün polisə çağırılıb. Azərbaycan XİN-in “Qara siyahısı”na salınan digərlərinin də Azərbaycana qarşı fəaliyyətə görə cavab verəcəyi gözləniləndir.
Polise.az



