İsrail BU gün: dağıdılan köşklər, yandırılan lövhələr, liderlərin son bəyanatları…

İsrail Knessetinə seçkilər keçirilir. Musavat.com “Times of İsrael” nəşrinin internet səhifəsində səsvermənin gedişi ilə bağlı yayılan son xəbərləri hazırlayıb. Hazırda bütün seçki məntəqələrində səsvermə davam edir. Seçki məntəqələri açıldığı bir vaxtda partiya liderləri səs verməyə başlayır və tərəfdarlarını ölkənin növbəti hökumətini müəyyən edəcək seçkilərdə iştirak etməyə çağırır.

A man casts his ballot at a polling station during Israel’s general election in Jerusalem, October 27, 2026. (AP Photo/Ohad Zwigenberg)

***

İsraildə Baş nazir Benyamin Netanyahunun (Likud Partiyası) əsas rəqibləri və müxalifət düşərgəsindəki aparıcı partiyalar “Yaşar” (Yashar!) və “Birlikdə” (Beyachad) partiyalarıdır. Keçmiş baş nazir Naftali Bennettin “Birlikdə” Partiyası “Likud” nümayəndələrini seçki məntəqələrində seçiciləri qanunsuz izləməkdə və onlar haqda məlumatları smartfon tətbiqi vasitəsilə ötürməkdə ittiham edir. Mərkəzi Seçki Komitəsi (MSK) iddiaları təsdiqləyən heç bir məlumat almadığını bildirir.

MSK bir daha bildirir ki, partiya nümayəndələrinə fərdi seçicilərin seçki məntəqələrinə gəlib-gəlməməsi və ya səs verib-verməməsi barədə məlumatları öz partiyaları ilə, o cümlədən smartfon tətbiqləri vasitəsilə paylaşmaq qadağandır. Partiya liderləri isə səs verərkən son dəqiqə çıxışları edirlər. Onlar 2023-cü il 7 oktyabrda öldürülən və qaçırılan qurbanları səs verərkən xatırlamağa çağırır.

****

1st row: Religious Zionism leader Bezalel Smotrich, People of Israel leader Ofer Winter, Reservists-Economic party leader Yoaz Hendel, Joint List leader Yousef Jabareen, Otzma Yehudit leader Itamar Ben Gvir; 2nd row: Democrats leader Yair Golan, B'Yachad leader Naftali Bennet, Yashar leader Gadi Eisenkot, Yisrael Beytenu leader Avigdor Liberman, Ra'am leader Mansour Abbas; 3rd row: United Torah Judaism leader Yaakov Asher, Prime Minister and Likud leader Benjamin Netanyahu, Shas leader Aryeh Deri. (Chaim Goldberg/Flash90, Yonatan Sindel/Flash90, Avshalom Sassoni/Flash90, Tal Gal/Flash90, Gili Yaari/Flash90, Screenshot/GPO)

Seçki günü gərginliklərlə də yadda qalmaqdadır. Xəbər verilir ki, Bnei Brak, Beyt Şemeş və Beytar İllit ərazilərində bir neçə seçki məntəqəsinin qarşısında “Birləşmiş Tövrat Yahudiliyi” Partiyasına məxsus köşklər dağıdılıb. Eyni zamanda, polis Dimona bölgəsində “Yaşar” Partiyasının reklam lövhəsinin yandırılmasından sonra araşdırma aparır.

Son yeniliklərə görə, Demokratların lideri Yair Golan həyat yoldaşı və nəvəsi ilə birlikdə səs verərək bəyan edib ki, “Bu gün İsraili xilas edirik”. “Biz dörd il küçələrdə mübarizə apardıq və indi mübarizəni seçki qutusuna aparırıq”, – deyə o, növbəti hökumətdə Demokratların güclü iştirakına çağırır. Otzma Yehudit Partiyasının lideri, milli təhlükəsizlik naziri İtamar Ben Qvir həyat yoldaşı ilə birlikdə Kiryat Arbada bölgəsində səs verərək, rəqib blokun qələbəsinin “Mənsur Abbas hökuməti” yaradacağı barədə xəbərdarlıq edib. “Netanyahu baş nazir olacaq və biz həmin hökumətin sağçı bayraqdarı olacağıq”, – deyə o bildirib.

İsrail Xalqı Partiyasının sədri Ofer Vinter səs verərkən bildirib ki, “xalq naminə, İsrailin əbədiliyi, İsrailin birliyi naminə. Ürəyiniz ilə səs verin və biz böyük uğurlar qazanacağıq” çağırışı edib.

***

The Democrats party chairman Yair Golan casts his vote at a polling station in Rosh Ha'ayin, in the general election, October 27, 2026. (Reuven Schwartz/Flash90)

Vinter Netanyahunun rəhbərlik etdiyi hökuməti dəstəkləyəcəyinə söz verib, lakin onun partiyası daim seçki həddini aşıb. Onun Knessetə daxil olub-olmaması blokların balansını müəyyən etməkdə əhəmiyyətli rol oynaya bilər. Birgə Siyahı Partiyasının sədri Yusif Cabareen seçkiləri “taleyüklü bir gün” adlandırıb. O, ərəb ictimaiyyətinin “seçkilərin dəyişiklik gətirmək və faşist hökuməti tələyə salmaq qabiliyyətinə inandığını” söyləyib.

Bereaved families who lost loved ones in the October 7, 2023 Hamas-led massacre observe a minute of silence and deliver a special statement at Hostages Square in Tel Aviv on the morning of Israel’s general elections, October 27, 2026. (Avshalom Sassoni/Flash90)

Yeri gəlmişkən, ərəb seçicilərinin fəallığı gərgin mübarizədə seçkilərdə həlledici ola bilər, çünki Cabareen hətta hakim koalisiyadan kənarda belə, Netanyahunun koalisiyasını əvəz edə biləcək istənilən hökuməti dəstəkləyəcəyinə söz vermişdi.

Emil Salamoğlu
Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button