Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
Polise.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Polise.az



