Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi

Sabirabad rayonunda ətraf mühitin qorunması, eləcə də nəqliyyat vasitələrindən atmosferə ixrac olunan zərərli qazların minimuma endirilməsi məqsədilə profilaktik tədbir keçirilib.

Polise.az-ın xəbərinə görə, tədbir zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb və nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Həmçinin, avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button