Dövlət qurumlarına ianələrin qəbulu xüsusi qaydalarla tənzimlənəcək

“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət və digər qurumlara verilən ianələrin qəbulu üçün xüsusi mexanizmin yaradılması təklif edilir.

Polise.az xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar ianələr maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölmənin və ya şəxsin rəyi əsasında, yalnız qurum rəhbərinin yazılı razılığı ilə qəbul edilə bilər.

Sənədin 11.3-cü maddəsinə görə, ianə ilə bağlı müraciətə 20 iş günü ərzində baxılması nəzərdə tutulur. Bu müddətdə ianənin qurumun səlahiyyətlərini qərəzsiz və obyektiv həyata keçirməsinə təsir göstərib-göstərmədiyi qiymətləndirilməlidir.

Qiymətləndirmə zamanı ianə verən şəxsdən əlavə sənədlər və məlumatlar da tələb oluna bilər.

Layihədə ianə müqabilində ianə verənə və ya üçüncü şəxslərə maddi nemət, imtiyaz və güzəşt verilməsi, yaxud belə üstünlüklərin vəd edilməsi qadağan olunur.

Təklif olunan qaydalar qurumlara göstərilən maliyyə dəstəyinin qərarların qəbuluna təsir vasitəsinə çevrilməsinin qarşısını almağa yönəlib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button