Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDI

Ukrayna Rusiya ordusunun dinc şəhərlərə endirdiyi kütləvi raket və dron zərbələri səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.
Polise.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki səfiri Andrey Melnik məlumat yayıb.
Diplomat Rusiyanın Dnepr, Çerniqov və Kremençuqdakı dinc əhaliyə qarşı hücumlarını vəhşilik adlandırıb.
Melnikin sözlərinə görə, Rusiya raketlərinin mülki obyektləri hədəf alması nəticəsində 20 dinc sakin həyatını itirib, onlarca insan isə ağır yaralanıb.
Dəhşətli hücumlar zamanı Dnepr dəmir yolu vağzalında sərnişin qatarının yaxınlığına düşən reaktiv dron 14 nəfərin ölümünə səbəb olub.
Çerniqovun mərkəzinin atəşə tutulması nəticəsində iki 15 yaşlı məktəbli qız həlak olub, Kremençuqda isə yaşayış binasına dəyən dron 3 sakinin həyatına son qoyub.
Polise.az



