WSJ: İran ABŞ bazalarına milyardlarla dollar ziyan vurub

 

Pentaqon həmin ziyanı minimum 5 milyard dollar qiymətləndirsə də, WSJ faktiki itkilərin 15 milyard dollara çata biləcəyini yazır.

Məlumata görə, Vaşinqton bəzi təmir və bərpa işlərinin maliyyələşdirilməsinə müttəfiq ölkələrin cəlb olunması imkanlarını müzakirə edir. Bununla belə, zədələnmiş obyektlərin bir hissəsinin bərpasından imtina oluna bilər.

Qəzet qeyd edir ki, ABŞ rəsmilərini xüsusilə İran zərbələrinin yüksək dəqiqliyi narahat edir. Tehran qüvvələrinin Amerika bazalarındakı kiçik tikililəri belə hədəfə ala bilməsi diqqət çəkir.

WSJ-nin məlumatına görə, Pentaqon İranın hücumları nəticəsində yaranmış dağıntılar barədə ictimaiyyətə məhdud informasiya təqdim edib.

Oktyabr ayında ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin beş üzvüMüdafiə Nazirliyindən dəymiş ziyanın məbləğini açıqlamağı tələb edib.

Demokrat senator Kris Merfi bildirib ki, ona bu ay Qətərdə yerləşən Əl-Udeyd aviabazasına səfər etməyə icazə verilməyib. Qəzetin araşdırmasına əsasən, həmin bazada azı 12 bina zədələnib.

Merfi administrasiyanı müharibənin real maliyyə yükünü gizlətmək məqsədilə dağıntılar barədə məlumatları ictimaiyyətdən yayındırmaqda ittiham edib.

Bu arada, “MS NOW” telekanalı mənbələrinə istinadən ABŞ-ın noyabrın 4-dən etibarən İrana qarşı yeni hərbi zərbələrə başlaya biləcəyini bildirib.

Məlumata görə, Vaşinqton Fars körfəzinin bir sıra ölkələrini qısamüddətli, lakin intensiv hərbi əməliyyatlara hazır olmağa çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button