Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Polise.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq, Zəfər Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, Dövlət Bayrağı Günü münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçiriləcək.
Noyabrın 8-də saat 16:00-dan 18:00-dək hərbi orkestrlərin nümunəvi çıxış edəcəyi ünvanlar:
Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı);
Filarmoniya parkı;
Fəvvarələr meydanı;
Koroğlu parkı;
Sahil parkı;
Zabitlər parkı.
Noyabrın 9-da saat 11:00-dan 13:00-dək hərbi qulluqçuların yürüş edəcəyi marşrutlar:
Bakı şəhəri üzrə:
Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı;
Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu – İçərişəhər Qala Qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” Ticarət Mərkəzi;
“Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı.
Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektləri.





