Qazaxıstan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Polise.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

Qazaxıstan dövlət başçısı bu əlamətdar günün Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. O, həmçinin bütün region ölkələrinin maraqlarına uyğun olaraq Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından bu tarixin əhəmiyyətini qeyd edib.

Qazaxıstan Prezidenti Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, ikitərəfli əməkdaşlığın hər iki xalqın rifahı naminə bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button